Ermənistan-ABŞ təlimləri start götürdü

11 sentyabr, 2023 16:18

Ermənistan ABŞ sülhməramlıları ilə “Eagle Partner 2023” birgə təlimlərinə başlayıb.

Bu barədə AFP-yə ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığının nümayəndəsi məlumat verib.

ABŞ ordusunun adını açıqlamayan rəsmisinin sözlərinə görə, mərasim İrəvan yaxınlığındakı Zar təlim mərkəzində baş tutub.

Təlimlərdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edir.