Ermənistan KTMT-dən çıxa bilərmi?
11 sentyabr, 2023 16:20
“Qərbyönlü analitiklər Ermənistanın guya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq istəyindən danışırlar, lakin Rusiya Federasiyası belə rəsmi siqnalları görmür”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu jurnalistlərə TASS-ın sualını cavablandırarkən deyib.
“Biz bu mövzuda çoxlu müzakirələr görmüşük, o cümlədən, deyək ki, Ermənistanda olan və bunu dəfələrlə müzakirə edən qərbyönlü analitiklərin müzakirəsini. Amma bununla bağlı heç bir rəsmi siqnal almamışıq”, - Peskov əlavə edib.