ABŞ və İran arasında 6 milyard dollarlıq razılaşma...

12 sentyabr, 2023 09:39

ABŞ və İran məhbusların mübadiləsi barədə razılığa gəliblər. 

Bununla əlaqədar İranın 6 milyard dollarlıq aktivlərinin Cənubi Koreyadan Qətərə köçürülməsinə icazə verən sərəncam imzalanıb.

ABŞ dövlət katibi Antoni Blinken müqaviləni keçən həftənin sonunda imzalayıb, lakin qərarla bağlı Konqresə bazar ertəsi məlumat verilib.