"5-ci kolon"un milli şəxslərə qarşı təzyiqləri davam edir

12 sentyabr, 2023 11:09

Hörmətli həmkarlar və Azərbaycan hökuməti!

Uzun müddətdir ki, əziz dostumuz, peşəkar jurnalist Aygün Muradxanlı “hüquqi” basqılar və mənəvi terrorla üz-üzə qalıb. Şübhəsiz ki, 1 il ərzində barəsində 2 dəfə qondarma cinayət işi açılan xanım jurnalistə qarşı həyata keçirilən bu təzyiqlərin həyata keçirilməsində yalnız bir məqsəd var: onu tutduğu milli mövqedən və uğrunda döyüşdüyü dövlətçilik amallarından sapındırmaq... Buna nail ola bilməyəcəklər, çünki ömrünün 30 ilini Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və milli mətbuatın formalaşmasına xərcləyən A.Muradxanlı yadelli kolonların asanlıqla məğlubedəcəyi şəxs deyil, ən əsası, o, tək deyil.

Vəkil Aslan İsmayılov (Allahverdi Çıraqov) yüksək ranqlı məmurlarla olan əlaqələrindən sui-istifadə edərək, A.Muradxanlının həbsinə çalışır. Təbii ki, İsmayılovun arxasında kimlərin dayandığını yaxşı bilirik. Əgər A.Muradxanlı həbs ediləcəksə, əsl döyüş də ondan sonra başlayacaq.

A.Muradxanlının Prezidentə məktubu var, o, dövlət başçısına müraciət edərək, sözün həqiqi mənasında özünü əsgər kimi müsəlləh edir. İ.Əliyevə cəbhədə də, informasiya savaşında və ölkənin daxilində də əsgər lazımdır. Hansı general və məmur ölkə başçısının ən döyüşkən əsgərlərindən birini həbs etdirmək istəyirsə, buyursun...

Mən, bütün jurnalistləri A.Muradxanlıya qarşı həyata keçirilən şantaj, təhdid və terrora səssiz qalmamamağa çağırıram. Sussanız, sabah növbə sizə də çatacaq, mütləq çatacaq! Bu məsələdə səssiz qalmayan, öz media resurslarında Muradxanlıya dəstək verən jurnalistlərimiz də az deyil. Amma daha çoxuq, xüsusilə, sözüm səssiz qalan kişi jurnalistlərədir, A.Muradxanlı həbs edilsə, o zaman sizin beş-on manat pula görə öz ata-anasının, qardaş-bacısının qətlə yetirilməsinə səssiz qalan biqələmunlardan heç bir fərqiniz olmayacaq.

Bu məsələdə Medianın İnkişafı Agentliyi, Azerbaijan Press Council/Azərbaycan Mətbuat Şurasısəssiz qalması, öz mənsubuna sahib çıxa bilməməsi ürəkağrıdıcıdır. Siz də A.İsmayılovun təhdidlərindən və mühafizəkarlarından qorxursunuz? Siz nə dərəcədə laqeyd olmusunuz ki, iş bu yerə çatıb və haqlı olduğu halda jurnalistə cinayət işi açılıb?

Bu ölkədə hər bir sahənin sahibi var, heç bir sahənin mənsubuna artıq bir söz deyə bilmərsən, adamın dərisini boğazından çıxararlar. Fərqi yoxdur, ölkədə hər kəsin sahibi dövlət olmalıdır. Elə jurnalistlərin də!

Döyüşmək lazımdır? - Jurnalisti çağırırsınız!

Ölmək lazımdır? - Jurnalisti çağırırsınız!

Düşməni öldürmək lazımdır? - Jurnalisti çağırırsınız!

Ac qalmaq lazımdır? - Yenə də jurnalisti seçirsiniz!

Biz, hakimiyyəti söyüb daha sonra hakimiyyətdən imtiyazlar (ev, maşın, pul və s.) alan, indi də icazəli şəkildə müxtəlif siyasi partiyalarda, ya da “müstəqil” şəkildə müxalifətçilik edən jurnalistlərdən deyilik axı... Hazırda cəbhəçi, müsavatçı, “müstəqil” jurnalistlərin nələr əldə etdiyini də dəqiq bilirik...

Biz, imtiyazlar qazanmaq üçün haqlı-haqsız yerə illərdir hökuməti tərifləyən stajlı, fürsətcil və mənfəətbaz jurnalistlərdən də deyilik axı...

Biz, dövləti qorumuşuq, necə qoruduğumuzu, nə işlər gördüyümüzü də yaxşı bilirlər. Bizim xidmətlərimiz hansısa saytda, qəzetdə, sosial şəbəkələrdə yazılmayacaq qədər əhəmiyyətli olub. A.Muradxanlı belələrindəndir.

Əziz media nüməyəndələri!

Bu 1 il ərzində A.Muradxalının hansı miqyasda təzyiqə məruz qaldığını onu tanıyanlar yaxşı bilir. 30 ildir sizin üçün döyüşən Muradxanlıya dəstək üçün 30 dəqiqənizi ayırın! Onu “5-ci kolon”un üzvü olmaqda itiham edənlərin əslində özlərinin bu kolonun sadiq qulları olduğunu bir daha isbat edək! İmkan verməyək ki, İranın, Rusiyanın, Amerikanın agenturası bizi öz evimizdə əzsin, tapdalasın...

Samir Feyruzov

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"