"Türkiyənin Avropa Birliyinə üzvlüyü ağlasığmazdır" - "Die Welt" nəşri

13 sentyabr, 2023 13:48

Avstriyanın federal kansleri Karl Nehammer Türkiyənin AB-yə daxil olması ilə bağlı danışıqları dayandırmağı tələb edib.

O, bu barədə “Die Welt”ə müsahibəsində deyib.

“Biz Ankara ilə Brüssel arasında daha da yaxınlaşmanın tərəfdarıyıq, lakin Türkiyənin AB-yə tamhüquqlu üzvlüyü ağlasığmazdır. Bir-birinizlə münasibətlərinizdə dürüst olmaq vacibdir. Bu, uzun illər dondurulmuş üzvlük danışıqlarının rəsmi şəkildə dayandırılmasını və yeni əməkdaşlıq konsepsiyasının hazırlanmasını əhatə edir”, - o bildirib.

Bununla yanaşı Avstriya kansleri Türkiyəni AB-nin əsas tərəfdaşı kimi tanıyıb, iqtisadi, eləcə də siyasi aspektlərdə qarşılıqlı etimad və əməkdaşlığa əsaslanan tərəfdaşlıq formasının yaradılmasını təklif edib.