Senatda keçirilən dinləmələrdə Bob Menendes Dövlət Departamentini Azərbaycana təzyiqi artırmağa çağırıb

15 sentyabr, 2023 13:29

Cümə axşamı Senatın Xarici əlaqələr komitəsində yüklərin Dağlıq Qarabağa çatdırılması üçün humanitar dəhlizlərin açılması barədə israrlı çağırışlar səslənib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi səlahiyyətlərini icra edən Yuri Kim senat komitəsi qarşısında regionda böhranın cari vəziyyəti haqqında çıxış edib. O deyib ki, Vaşinqton 20 ton humanitar yük daşıyan bir partiyanın sentyabrın 12-də Ağdamdan keçərək regiona daxil olduğu haqqında xəbəri "alqışlayıb", lakin "bu, kifayət deyil".

"Beynəlxalq Qızıl Xaç Komitəsinin əlavə humanitar yükləri bir neçə həftə Laçın və Ağdam nəzarət-buraxılış məntəqələrinin yaxınlığında qalıb. Baş müşavir Bono ... bu yüklərin eyni zamanda Dağlıq Qarabağa buraxılmasına nail olmaq üçün yenə regionda səfərdədir", deyə Kim bildirib.

"Prezident İlham Əliyev və Dağlıq Qarabağ nümayəndələri bu sazişlə razılaşdıqlarını açıq şəkildə bildiriblər. Artıq bu sazişin həyata keçirilməsində heç bir gecikmə olmamalıdır", deyə o, sözünə davam edib. 

Dövlət Departamentinin nümayəndəsi Metyu Miller cümə axşamı keçirilən brifinqdə deyib ki, Dövlət Departamentinin xüsusi nümayəndəsi Luis Bono regionda səfərdədir və Laçın dəhlizinin açılması, həmçinin uzunmüddətli gələcəkdə məsələnin dinc həllinə nail olunması üzərində işləyir.

"Dövlət katibi Blinken Ermənistan və Azərbaycan liderləri ilə danışıb və bildirib ki, biz Dağlıq Qarabağda humanitar vəziyyətin həlli üçün Laçın dəhlizinin dərhal açılmasını istəyirik", deyə Miller Dövlət Departamentində keçirilən brifinqdə bildirib.

Öz növbəsində, senat komitəsində dinləmələr zamanı Azərbaycan rəhbəriyinin ünvanına dəfələrlə ittihamlar səslənib. Komitə sədri, əsas erməni lobbiçilərindən biri hesab olunan Bob Menendes xüsusi fəallıq göstərib. O, Bayden administrasiyasının böhrana reaksiyası "olmadığına" görə Dövlət Departamentini tənqidə məruz qoyub.

Menendes və Ben Kardin, Kris Van Hollen və s. digər senatorlar Azadlığı müdafə Aktına Azərbaycana dövlət yardımını qadağan edən 907-ci düzəlişin müvəqqəti ləğvini tənqid ediblər.

Daha sonra Menendes belə deyib: "Biz Ermənistan və Azərbaycanla strateji münasibətləri inkişaf etdirməliyik. 907-ci düzəlişdən imtina məsələsini nəzərdən keçirərkən iki məqamdan əmin olmaq istəyirik: birincisi, bizim göstərdiyimiz heç bir yardımdan heç vaxt Ermənistana hücum üçün istifadə oluna bilməz. İkincisi, bu, ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğundur". 

Buna cavab olaraq Yuri Kim deyib ki, ABŞ administrasiyası 907-ci düzəlişin ləğvini istədiyi zaman göstərilən yardım ölkənin sərhədlərinin, xüsusən İranla sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edib və bu, İİKK-nin maliyyələşdirilməsi üçün istifadə olunan narkotik ticarətinə son qoyulması nöqteyi-nəzərdən konkret nəticələr verib.

Bayden Administrasiyası Cənubi Qafqazda sülhün "regionu dəyişdirmək və ABŞ-ın maraqlarını təşviq etmək" potensialına malik olduğuna inanmaqda davam edir.

"İndi bizim iqtisadiyyat və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığımızı genişləndirəcək və avropalı tərəfdaşlarımız və müttəfiqlərimiz üçün böyük enerji təhlükəsizliyini təmin edəcək sabit sülhə nail olmaqla, Rusiya, Çin və İran kimi oyunçuların regiona zərərli təsirinə qarşı mübarizə aparmaq üçün strateji imkanımız var", deyə o bildirib. 

Ötən ilin noyabrından etibarən dövlət katibi Blinken Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə sülh danışıqlarının üç mərhələsini keçirib və onun rəhbərliyi nəticə verib. "Tərəflər regionda sabitliyi təmin edə biləcək sülh sazişinin bağlanmasında irəliləyiş əldə ediblər", deyə o bildirib.

Bir saat yarım davam edən dinləmələr zamanı senatorlar Kimə Amerika-Azərbaycan münasibətləri, o cümlədən insan hüquqları haqqında da suallar veriblər.

"Prezident Bayden və dövlət katibi Blinken çox açıq şəkildə bildiriblər ki, insan hüquqları və bizim dəyərlərimiz xarici siyasətimizin mərkəzində dayanır və biz bunu Azərbaycandakı tərəfdaşlarımızın diqqətinə çatdırmaq üçün hər bir fürsətdən istifadə edirik", deyə o bildirib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"