"Qarabağda demək olar ki, erməni qalmayıb" - Beqlaryan

30 sentyabr, 2023 12:44

“Qarabağda demək olar ki, erməni qalmayıb”.

Bunu separatçı Artak Beqlaryan deyib.

“Ən son məlumatıma görə, Qarabağ sakinlərinin (erməni) son qrupları hazırda Ermənistana yola düşür. Qarabağda bir neçə yüz adam qalıb”, - separatçı bildirib.

Beqlaryanın sözlərinə görə, qalanların əksəriyyəti separatçı qurumun üzvləridir ki, onlar da xüsusi tələblərlə qalırlar.

“Onlar da gedəcəklər”, - separatçı əlavə edib.