"İrəvanın bu addımı Putinə qarşı qeyri-dost hərəkətdir" - Yuri Vorobyov
03 oktyabr, 2023 14:08
"Ermənistan parlamentinin Roma Statutunu ratifikasiyası Putinə qarşı qeyri-dost addımdır".
"Sputnik" xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov deyib.
Bununla belə, onun sözlərinə görə, sözügedən addım "xalqlar dostluğunu pozmayacaq".
"Lakin erməni parlamentarilərin qərarı Parlamentlərarası Komissiyanın işi çərçivəsində formalaşmış konstruktiv və inamlı münasibətləri məhv edir", - Vorobyov qeyd edib.