"Separatçıların həbsi Paşinyanın uğurudur" - "Hraparak" nəşri

07 oktyabr, 2023 10:56

Separatçı rejimin rəhbərlərinin həbs edilməsi Nikol Paşinyan üçün uğurdur.

Bu, “Hraparak” nəşrinin iddiasıdır.

Nəşr qeyd edib ki, qondarma qurum liderlərinin həbsi daha çox Ermənistanın Baş naziri Nikol Paşinyana sərf edir. Çünki həmin şəxslərin Ermənistana ərazisinə keçəcəyi təqdirdə, bu, "Vətəndaş mmüqaviləsi" hökumətinə böyük təhlükə yaradacaqdı. Buna görə də Azərbaycanın onları həbs etməsinə imkan yaradılıb.