Təmkinli Əliyev, özgüvənsiz Paşinyan... - Kimin əlləri daha etibarlı görünür?

30 oktyabr, 2020 12:21

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın müsahibələrində iki liderin bədən dillərini müqayisə edib.

Azsiyasət.com xəbər verir ki, Nyuman Prezident İlham Əliyevin təmkinli və effektiv bir idarəçi duruşunda olduğunu diqqətə çatdırıb.

“İnsanların bədən dilinə baxaraq çox şey deyə bilərsiniz. Bir neçə gün əvvəl “Euronews”un “Qlobal Həftə Sonu” verilişində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı buraxılışında Ermənistan və Azərbaycan  liderlərinin çıxışları bölünmüş ekranda təqdim olundu. Paşinyan yüksək hazırlıq vəziyyətində olan hərbçilərlə mühasirəyə alınıb və işarə barmaqları ilə əsəbi şəkildə jestikulyasiya edərək sanki dinləyicilərini tənbehləyir, həm də azərbaycanlı rəqiblərini təslim olmağa çağırır.

İlham Əliyev sözlərini hesablayan, təmkinli və effektiv bir idarəçi duruşu ilə soyuqqanlı və hazırlıqlı görünür.

Kontrast o qədər böyük idi ki, bu iki şəxsə daha çox baxmaq istədim. Bir çox dünya liderinə platformaları və media görünüşləri üçün təlim keçmişəm və bilirəm ki, duruş, səs tonu, jestlər və üz ifadələri sözlərdən daha artıq həqiqətləri aşkara çıxara bilər.

Keçmişləri bənzər ola bilməz: Paşinyan təşviqat jurnalisti, əlindəki meqafonla izdiham arasında xoşbəxt olan, Əliyev ikinci nəsil siyasətçi, beynəlxalq dünya diplomatiyasının qazisi.

Paşinyanın ermənicə, Əliyevin isə ingilis dilində danışdığı “Euronews”, “Al Jazeera”, “France 24”, “CNN” telekanallarının reportajlarına bir neçə saat baxmaq ilk təəssüratların yaranması üçün kifayətdir.

Paşinyanın silkələnən barmağını və dedikləri ilə ziddiyyət təşkil edən bir sual və ya ona sərf etməyən bir faktla qarşılaşdıqda heyrət içində rəqs edən qaşlarını görürük. Həyəcanlandıqda və ya təzyiq altında qaldıqda onun səsi az qala titrəyənə qədər yüksəlir.

Müsahibələr zamanı Əliyevi seyr etmək təmkinli idarəçi təəssüratını gücləndirir. Nadir hallarda səsini ucaldan, nadir hallarda hədsiz jestlərdən istifadə edən Prezident mühafizəkar bir sabitlik fiquru olaraq qarşımıza çıxır.

Digər diqqətimi çəkən bir detal isə əl jestlərinin müqayisəsi idi.  Artıq Paşinyanın ittihamçı barmaq jestlərini görmüşük. Bəzən o, teatral enerjini özündə cəmləşdirə bilsə də, tez-tez böyük, dramatik jestlərlə coşur. Eyni zamanda isə, Əliyev əl hərəkətlərini nəzarət edərək ölçür, bir məsələni  ehtiyatla təqdim edir və ya irəliləyən yarım qatlanmış əllə proses boyu atılacaq addımları müəyyənləşdirir.

İngilis dili bədən dili metaforasından istifadə edərək xarakteri təsvir edən ifadələrlə zəngindir.

Bu nöqteyi-nəzərdən iki liderə baxarkən bu sualı verməmək mümkün deyil: Kimin əlləri daha etibarlı görünür?

Bu iki qarşı-qarşıya gələn lider arasındakı bədən dili döyüşünün onların hekayələrini necə əks etdirdiyini görmək maraqlıdır.

Ermənistan mədəni kimlik, tarixi qurban hekayəsi və çoxdan itirilən regional üstünlüyü üçün nostalji üzərində dayanır.

Azərbaycan isə tanınmış sərhədlər, Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüquq kimi daha az emosional və təsdiqlənmiş bir mövqedə dayanır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"