Lavrov doğru deyir, yoxsa Miller - Qafqazı kim qarışdırır?

13 oktyabr, 2023 10:23

Moskva Vaşinqton və Brüsseli Cənubi Qafqazda sabitliyi pozmaqda ittiham edir, ABŞ isə əksini söyləyir; lakin Prezident uzaq Qərbin yox, yaxın Rusiyanın vasitəçiliyinə üstünlük verdi

ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Luis Bono hazırda sülh prosesinə dəstəyi müzakirə etmək üçün regionda səfərdədir. “Turan”ın Vaşinqtondakı müxbirinin verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib. “Bu səfərlər zamanı cənab Bono əsas maraqlı tərəflərlə görüşür”, - deyə mənbə qeyd edib.

“Bono Bakı və İrəvandan sonra Parisdə və Brüsseldə olacaq” deyən Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi əlavə edib ki, bu, ABŞ rəsmisinin son bir ayda regiona ikinci səfəridir. Bono bölgədə səfərdə olarkən Rusiya xarici işlər naziri Sergey Lavrov “Qərbin sülh üçün deyil, öz siyasi ambisiyalarını dəstəkləmək üçün vasitəçilik xidmətlərini Ermənistana və Azərbaycana zorla qəbul etdirmək istədiyinə dair məqalə yazıb. Lavrov Rusiya XİN-in saytında dərc olunan məqaləsində qeyd edir ki, Vaşinqton və Brüssel Qarabağdakı vəziyyətə "müdaxilə edərək Cənubi Qafqazda sabitliyi pozur". “İndi Brüssel öz geosiyasi ambisiyalarını düşünərək öz ”vasitəçilik xidmətlərini" Azərbaycan və Ermənistana yükləyir, Vaşinqtonla Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxarır. İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll edəndə dinc həyatın və etimadın möhkəmlənməsinin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır", - Lavrov yazıb.

Lavrovun ittihamlarını “Turan”a şərh edən Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller belə deyib: “Bu, tamamilə yalandır. Bizim Cənubi Qafqazda yeganə məqsədimiz sülhü və Ermənistan-Azərbaycan münasibətlərində sabitliyi təmin etmək və əlbəttə ki, Dağlıq Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarını nəzərə alınacağına və müdafiə olunacağına zəmanət verməkdir”. Və yenə də “Dağlıq Qarabağ əhalisi” söyləyən amerikalı məmur hələ də bilmir ki, belə bir inzibati quruluş və qövm yoxdur. Var Qarabağ və bir də var Qarabağın sakinləri... Sözsüz, bu ayrı problematikadır, hazırda mühüm olan Vaşinqton və Moskvanın mövqeləridir. Tərəflər açıq şəkildə yarışırlar. Bəs onların sülh danışıqlarında hazırkı mövqeyini necə dəyərləndirmək olar? Lavrov doğru deyir, yoxsa Miller?.. Ümumiyyətlə, Qafqazı “qarışdıran əl” hansıdır?

Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyev də vasitəçilik məsələsində seçimini açıq şəkildə bəyan edib. “Oktyabrın 12-də, bir gün sonra Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü olmalı idi”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim regionda yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Ermənistanın da müttəfiqidir: “Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"