Bu kəndlər də işğaldan azad edildi

30 oktyabr, 2020 15:06

Azərbaycan Ordusu daha bir neçə kəndi Ermənistan işğalından azad edib. 

Azsiyasət.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tvitterdə məlumat yayıb:

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı; Zəngilan rayonunun Aladin, Vecnəli; Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. 

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"