Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşdülər - FOTO

30 oktyabr, 2020 17:35

Bu gün İsverənin Cenevrə şəhərində ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan görüşüblər.

Azsiyasət.com xəbər verir ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.