İran prezidentindən HƏMAS-a gözlənilməz çağırış

16 noyabr, 2023 11:11

İran prezidenti İbrahim Rəisi noyabrın əvvəlində HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşdə hərəkat nümayəndələrindən Tehrana və Livanın Hizbullah partiyasına ünvanlanan İsraillə münaqişəyə girmək üçün ictimai çağırışları dayandırmağı tələb edib.

Bakupost.az məlumatına görə, bu barədə "Reuters" Fələstin hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Tehran İsmayıl Haniyədən İran və Hizbullahı İsrailə qarşı tam güclə çıxmağa çağıran HƏMAS üzvlərini susdurmasını tələb edib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulması, 200-dən çox, o cümlədən uşaq, qadın və qocanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.