"Azərbaycan və Ermənistan sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ bilib" - Paşinyan

18 noyabr, 2023 15:58

“Azərbaycan və Ermənistan sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ bildilər”.

TASS xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində deyib.

“Bu, mənim Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlərim nəticəsində Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş verdi”, - deyə Paşinyan əlavə edib.