Qəzzada atəşkəsin sonuncu günü - Döyüşlər bərpa edilir?

29 noyabr, 2023 14:49

Qəzza zolağında atəşkəsin altıncı və sonuncu günüdür. Atəşkəs müddətinin yenidən uzadılması gözlənilir.

Bu gün HƏMAS və İsrailin növbəti dəfə girov və məhbusları azad edəcəyi gözlənilir. İsrail mediası baş nazirin ofisinə istinadən yazıb ki, hökumət HƏMAS tərəfindən azad ediləcəyi gözlənilən girovların siyahısını alıb.

İsrail bildirib ki, HƏMAS hər gün ən azı 10 israilli girovu azad etməyə davam edərsə, atəşkəs daha da uzadıla bilər. Lakin HƏMAS sadəcə uşaq və qadınları sərbəst buraxdığı üçün atəşkəsin tezliklə bitəcəyi və ya kişilər üçün xüsusi razılaşma əldə ediləcəyi gözlənilir. Müşahidəçilər kişilər üçün danışıqların daha çətin olacağını düşünür.

HƏMAS dünən 12 girovu azad edib, bununla da atəşkəsin başladığı cümə günündən bəri azad edilənlərin sayı 81-ə çatıb. Bunlar əsasən İsrailli qadın və uşaqlar, xarici vətəndaşlar olub. Dünən azad edilən şəxslərin 10-u israilli qadın, ikisi Tailand vətəndaşıdır. 17-84 yaşlarında olan şəxslər arasında ana-qız cütlüyünün də olduğu bildirilir. Onların hamısı ilkin tibbi müayinədən keçdikdən sonra ailələri ilə görüşmək üçün İsrail xəstəxanalarına aparılıb.

Qısa müddətdən sonra İsrail İordan çayının qərb sahilindəki Ofer və Qüds həbsxanalarından 30 fələstinlini azad edib. Fələstinli Məhbuslar Klubu azad edilənlərin, yarısının qadın, qalanının isə yeniyetmə kişi olduğunu bildirib. Bununla da atəşkəs çərçivəsində azad edilən fələstinlilərin ümumi sayı 180-ə çatıb.

Qeyd edək ki, HƏMAS-ın nəzarətində 240 girovun olduğu bildirilir. Oktyabrın 7-də başlayan toqquşmada 1200 israilli, 15 mindən çox fələstinli həlak olub.

HƏMAS və İsrail arasında danışıqlara vasitəçilik edən Qətər rəsmiləri dünən İsrailin MOSSAD kəşfiyyat qurumunun və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisləri ilə görüşüb. Rəsmilər atəşkəs razılaşmasının yeni mərhələsinin mümkün parametrlərini müzakirə ediblər. HƏMAS-ın yalnız qadın və uşaqları deyil, kişi və ya hərbçi olan girovları da sərbəst buraxması müzakirə olunur. Onlar, həmçinin daha uzun müddət davam edən atəşkəsə nail olmaq üçün nəyin lazım ola biləcəyini də nəzərdən keçiriblər.

Qətər rəsmiləri bu görüşdən əvvəl HƏMAS ilə danışıqlar aparıb. Yerli mətbuatın məlumatına görə, israillilər və HƏMAS görüşdə gündəmə gətirilən ideyaları daxildə müzakirə edirlər.

 

Atəşkəs barədə beynəlxalq çağırışlar da artmaqdadır. G7 ölkələrinin xarici işlər nazirləri çərşənbə axşamı yaydıqları birgə bəyanatda atəşkəsin uzadılmasına və daha çox humanitar yardımaş göstərilməsinə çağırıblar.

Qəzzada 159-a yaxın girov qalıb. Ağ Ev çərşənbə axşamı bildirib ki, səkkiz-doqquz amerikalı hələ də HƏMAS-ın əlindədir. ABŞ-ın milli təhlükəsizlik şurasının sözçüsü Con Kirbi bildirib ki, Vaşinqton HƏMAS-ın daha çox amerikalını azad edəcəyinə ümid edir və ABŞ hökuməti Qətərlə döyüşlərdə fasilə müddətini uzatmaq üçün işləyəcək.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"