Bakı və İrəvan birgə sənəd dərc edəcək
14 dekabr, 2023 12:37
İrəvan Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası komissiyasının iş reqlamentini təsdiqləyib.
"Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan məlumat verib.
O izah edib ki, bu hələ texniki sənəddir, lakin iş metodologiyası tezliklə təsdiqlənməlidir.
"Bundan sonra tərəflər konkret sənədlər və topoqrafik xəritələr üzərində işləməyə başlayacaqlar", - Paşinyanın müavini söyləyib.
Qriqoryanın sözlərinə görə, bu gün Bakı da reqlamenti təsdiq edəcək və ölkələr eyni vaxtda sənədin mətnini dərc edəcəklər.