6 saatlıq Cenevrə görüşü: İlk dəfə idi ki, Minsk Qrupu...

31 oktyabr, 2020 17:29

Cenevrə görüşündə Azərbaycan öz mövqeyini bir daha həmsədrlərə çatdırdı. Ermənistanın Azərbaycana qarşı tərətdiyi cinayətlərlə bağlı birbaşa məlumat verildi. O cümlədən Azərbaycan bir daha hümanitar məsələlərdə öz mövqeyini açıq şəkildə bəyan etdi.

Azsiyasət.com xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-da Nümayəndə Heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

Onun fikrincə, Azərbaycanın artıq danışıqlarda mövqeyi, çəkisi yanaşması və münasibəti fərqlidir:

"Azərbaycan indiyə qədər torpaqlarını itirmiş və danışıqlar vasitəsi ilə ərazilərini geri qaytarmaq mövqeyində olan ölkə idi. İndi isə torpaqlarının bir qismini azad etmiş, reallığı dəyişdirmiş bir dövlətdir. Eyni zamanda azadetmə prosesini davam etdirmək niyyətində olan bir ölkəyə çevrilmişik. Bu fərqi hər kəs dərk edir, başa düşür. Ona görə indi Azərbaycan konkret olaraq danışıqlar prosesində ATƏT-in Minsk Qrupundan gözləyir ki, reallığı qəbul edirlərsə, etsinlər. Bundan sonra danışıqlar konstruktiv şəkildə gedə bilər. Qəbul etməyəcəklərsə, onlar Azərbaycanın gücünü gördülər".

Səməd Seyidov bildirib ki, indi tamamilə başqa bir reallıq var:

“Onlar illər boyu bizə deyirdilər ki, siz reallıqla hesablaşmalısınız. Doğrudur, deyirdilər ki, gəlin, oturun, söhbət edin. Hansı razılığa gəlsəniz, biz də onu dəstəkləyəcəyik. İndi isə Azərbaycanın mövqeyi belədir. Siz də, bu reallıqla hesablaşmalısınız, hesablaşılmalıdır”.

AŞPA təmsilçisinin sözlərinə görə, bu mühiti, reallığı, vəziyyəti Azərbaycan yaradıb:

“Ona görə də, Cenevrədə məhz 6 saat çəkən danışıqlar həmsədrlərə və Ermənistana böyük təsir edib. Cenevrə danışıqları ilk dəfə ATƏT çərçivəsində Azərbaycanın yaratmış olduğu reallıqla Minsk Qrupunun və Ermənistanın hesablaşma mərhələsinə keçməsi adlandırıla bilər".  /Teleqraf.com

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"