"Gürcüstanda hakimiyyət dəyişir" - Saakaşvili

31 oktyabr, 2020 22:39

““Gürcü Arzusu” bu gün parlament seçkilərində uduzub”.

Azsiyasət.com xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Mtavari” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər:

“Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək”.

Qeyd edək ki, VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.