İrəvan 700 km mənzilli raket alır

26 dekabr, 2023 10:31

Hindistan Ermənistana vermək istədiyi “BrahMos” qanadlı raketlərini Rusiya ilə birgə istehsal edir.

Bu sözləri axar.az-a Hindistanın Ermənistana satmaq istədiyi “BrahMos” qanadlı raketi və “Pralay” yaxınmənzilli ballistik raketinin xüsusiyyətləri haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

Polkovnik “BrahMos”ların daha çox hərbi obyektlərin vurulması üçün nəzərdə tutulduğunu bildirib:

“Raket ilk dəfə sualtı qayıqlardan atılmaq üçün hazırlanıb. Sonradan isə həm qurudan, həm də döyüş təyyarələrindən atıla bilən versiyaları da istehsal olundu. Fikrimcə, Ermənistan bunların quru versiyasını alacaq. Çünki İrəvanın əlindəki döyüş təyyarələrinin ağırlığını nəzərə alsaq, hava versiyasının satın alınması mümkün görünmür. “BrahMos”ların quru versiyası ən uzaq uçuş mənzilinə sahibdir. Bu, təxminən 700 km-ə, havadan yerə olanlarda isə 350-400 km-ə çatır. Həssas izləmə və hədəf təyinetmə sisteminə malikdir. Klassik döyüş başlığı ilə rahat şəkildə bir hərbi hissəni və s. vurmaq mümkündür”.

Sadiq Akyarın sözlərinə görə, “Pralay” yaxınmənzilli ballistik raketi taktiki xarakterlidir:

“Uçuş məsafəsi 150-500 km arasındadır. Həm “BrahMos”, həm də “Pralay” SSRİ dövründə istehsal edilən “Skad” taktiki ballistik raketlərinin müasir versiyalarıdır. Yəqin ki, Ermənistan bunları alaraq əlindəki köhnə “Skad”ların yerinə istifadə etmək niyyətindədir. Əlbəttə, alındığı halda bu raketlər Ermənistanın yaxınmənzilli ballistik raket ehtiyacını qarşılayacaq, əlini gücləndirəcək. Ancaq logistika, təchizat və peşəkar mütəxəssis ehtiyacını nəzərə alsaq, “BrahMos” və “Pralay”ların Ermənistan ordusuna mənfi təsirləri də olacaq. Hər halda İkinci Qarabağ müharibəsindən sonra Hindistan və Fransa Ermənistana silah-sursat və hərbi texnika tədarükü baxımından önə çıxır, orduda isə Rusiya silahları say baxımından üstünlük təşkil edir. Bu qədər silah-sursatın, hərbi texnikanın yalnız balans yaratmaq üçün Ermənistana verilməsi ağlabatan deyil. Bütün ehtimal və ssenarilərə hazır olmalıyıq”.

Qeyd edək ki, Hindistanın “Indian Defence Research Wing” portalı ölkənin Müdafiə Nazirliyinin tabeliyindəki Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatına istinadən Dehlinin İrəvana səsdən sürətli “BrahMos” qanadlı raketi və “Pralay” yaxınmənzilli ballistik raketlərini tədarük etmək istədiyini yazıb. Bununla yanaşı, indiyə kimi Hindistan Ermənistana dörd mobil “Svati” radar sistemi verib. Digər tərəfdən 2022-ci ildə ölkələr arasında “Pinaka” reaktiv yaylım atəş sistemi, tank əleyhinə raketlər və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb. Bunlarla bərabər Ermənistana MArG 155 özüyeriyən haubitsa və “Zen Anti-Drone System” (Zen antidron sistemi - ZADS) ilə yanaşı, 30 mm və 40 mm çaplı qumbaralar da göndəriləcək və HHM sistemlərinin istehsalı ilə məşğul olan “Zen Technologies” şirkəti orada özünə filial açmaq niyyətindədir. Ən son isə Hindistanın Ermənistana qiyməti 600 milyon dollar dəyərində olan “Akaş” kompleksini tədarük etməyə hazırlaşdığı bildirilib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"