Deputat ABŞ-ın Azərbaycanda dini tolerantlığın qiymətləndirilməsi ilə razı deyil

06 yanvar, 2024 14:16

ABŞ Azərbaycanı dini azadlıqların ciddi pozuntusuna yol verən ölkələrin xüsusi siyahısına salıb. Bu, potensial olaraq ABŞ hökuməti tərəfindən sanksiyalar üçün yol açır.

Siyahıya ötən ildən qalan 12 ölkələrlə yanaşı Əlcəzair, Azərbaycan, Mərkəz Afrika Respublikası, Komor Adaları və Vyetnam da daxil edilib.

"Hökumətlər dini azlıqların icmalarına və ziyarətgahlarına hücumlara, fikirlərin dinc şəkildə ifadəsinə görə həbslərə, transmilli repressiyalara və dini icmalara qarşı zorakılıq çağırışlarına son qoymalıdırlar", deyə hesabatı açıqlayan dövlət katibi Blinken qeyd edib.

Amerikanın dini etiqad azadlığı üzrə qurumu - USCIRF isə ötən ay açıqladığı hesabatda deyilir ki, son üç ildə Azərbaycan hökuməti din haqqında qanuna iki dəfə düzəliş edərək, müxtəlif növ dini fəaliyyətlərə yeni məhdudiyyətlər gətirib.

Məruzədə həmçinin Dağlıq Qarabağdakı dini obyektlərlə bağlı narahatlıq ifadə olunur.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov isə Turana bildirib ki, hər zaman olduğu kimi yenə ABŞ öz qərəzli münasibətini ortaya qoyub: "30 il ərzində Qarabağda bütün məscidlərimiz, Alban kilsələrimiz, xristian məbədlər barbarcasına dağıdıldı, içərisində donuz, inək saxlanıldı və bu günə kimi Amerika heç bir reaksiya vermədi". 

Qarabağda erməni abidələrinə gəldikdə isə deputat qeyd edib ki, bu abidələrin hamısı Azərbaycan tərəfindən qorunur: "Bir dənə fakt göstərilə bilməz ki, hansısa tarixi abidəni Azərbaycan ordusu dağıdıb. Amma bu gün burada ən qərəzli məsələ odur ki, indiki Ermənistanın ərazisində 300 bizim məscid, 500 qəbristanlıq dağıdılıb, İrəvanda yerləşən və Azərbaycan məscidi olan Göy Məscidi Ermənistan tərəfindən fars məscidi kimi təqdim olunur. ABŞ-ın buna susması bir daha ikili standartların olmasını göstərir". 

C.Məmmədovun sözlərinə görə, bu gün Bakının mərkəzində erməni kilsəsi var və onun içərisində erməni dilində 5 min ədəbiyyat qorunur: "Bütün bunlar onu göstərir ki, Azərbaycanda bununla bağlı heç bir problem yoxdur, ABŞ rəsmilərinin verdiyi açıqlamalar da heç bir fakta əsaslanmır. Son illər Azərbaycanda bütün dinlərə, təriqətlərə daha geniş imkanlar və bütün şəraitlər yaradılıb, hər il dövlət büdcəsindən yardımlar ayrılır". 

C.Məmmədov vurğulayıb ki, Qarabağda erməni kilsəsi dövlət büdcəsi hesabına təmir olunur: "O anlamda narahatlıq üçün heç bir əsas yoxdur".  

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"