"Ermənilər Qarabağdan qayıtdıqdan sonra Gürcüstana qarşı çıxış edəcəklər" - FOTO

01 noyabr, 2020 00:35

Tanınmış gürcü jurnalist İranda Kalandadze Gürcüstan ərazisindən Qarabağa müharibəyə gedən erməni muzdlularla bağlı məqalə hazırlayıb.

Azsiyasət.com həmin məqaləni təqdim edir: 

"Bu ilin 28-29 sentyabr tarixlərində Ermənistan vətəndaşları azərbaycanlılara qarşı döyüşmək üçün fəal şəkildə Gürcüstan-Ermənistan sərhədini keçərək Qarabağa yollandılar. İnternetdə və KİV-də yayılan videogörüntülərdə ermənilər gürcü sərhədçilərə birbaşa şəkildə deyirdilər: biz ora turist kimi yox, Azərbaycana qarşı müharibə üçün və Qarabağdakı qardaşlarımıza köməyə gedirik.  

Məlum olduğu kimi, erməni döyüşçülər Ninotsminda və Axalkalakidə gizli şəkildə deyil, açıq-aşkar – Ninotsmindada Vladimir və Qayoza Qarliani adına stadionda və Axalakalinin mərkəzində - qeydiyyatdan keçirdilər. Bu "xoş" xəbəri erməni KİV-i böyük sevinclə paylaşdı. Məlum oldu ki, onlar Qarabağın özündən daha çox erməninin yaşadığı Samtse-Cavaxetiyadan və Cavaxetiyadan erməni silahlılarının Qarabağa getməsinə böyük ümid bəsləyirlər”. 

Bu məqaləni yazmaqda məqsədinin etnik qarşıdurma olmadığını bildirən jurnalist Qarabağda döyüşmək üçün gedən ermənilərin qayıtdıqdan sonra Gürcüstan üçün böyük təhlükə ola biləcəyinə diqqət çəkib: 

"Məsələ ondadır ki, bu gün erməni millətçiləri Samtse-Cavaxetiyaya ”əsl erməni torpağı” kimi baxır və onu ”Cavax” adlandırırlar. Erməni silahlıları artıq Qarabağ müharibəsində iştirak etmək üçün Gürcüstanı tərk ediblər. Gürcüstanı tərk edən ermənilər evlərinə qayıtdıqdan sonra müharibənin nəticəsinə baxmayaraq, Gürcüstana qarşı çıxış edəcəklər, ancaq bu dəfə daha pis ssenarilərlə. 

Bu yaxınlarda sosial şəbəkələrdə Karen Ovanesyanın erməni separatçılarını Samtsxe-Cavaxetiyada qiyama qaldırmaq üçün hazırladığı planı və müraciəti ortaya çıxmışdı. Plan strateji əhəmiyyətli tranzit yolların erməni ekstremistlərinin nəzarəti altına verilməsini nəzərdə tuturdu”.

Kalandadze daha sonra erməni separatçılarından olan Vaaqan Çaxalyanın sosial şəbəkədə Gürcüstandakı erməniləri Qarabağda müharibəyə səsləməsindən yazıb. O, politoloq Soso Mancavidzenin bu çağırışa cavabını dərc edib: 

"Gürcüstan hökuməti hərbi yüklərin daşınması üüçün dəhlizi bağlamaqla tamamilə düz hərəkət etdi. Gürcüstandan Qarabağa müharibəyə gedənlərə heç kəs mane olmur, amma avtomatik olaraq gürcü vətəndaşlığından imtina etsinlər, əks halda onlar cinayət məsuliyyətindən yayına bilməyəcəklər. 
Erməni separatçılarına məsləhət görürəm ki, yalançı erməni tarixçilərinin uydurmalarına inanmaqdan vaz keçsinlər. İndi ermənilər qonşularla münasibətlərini yaxşılaşdırmağa çalışmalı və axmaq blogerlərin təsirinə düşməməlidirlər”.

 

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"