"Bu, İran üçün qəbuledilməzdir" - Sübhani

11 yanvar, 2024 17:48

İran həmişə Ermənistanın suverenliyini dəstəkləyib.

Bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib.

“Ermənistanın suverenliyinin pozulmasına gətirib çıxara biləcək amillərlə razı deyilik”, - o bildirib.

“Bu, Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri ilə razı olmadığınız anlamına gəlirmi” sualına isə səfir belə cavab verib:

“Bizim üçün qəbuledilməz olan Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün pozulması ola bilər”.