Türkiyə İsveçin NATO-ya daxil olmasını təsdiqlədi

26 yanvar, 2024 11:03

Türkiyə İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu təsdiqləyib.

Müvafiq qanunun mətni rəsmi hökumət qəzeti “Resmi Gazete”nin əlavə sayında dərc olunub.

“2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “İsveç Krallığının Şimali Atlantika Müqaviləsində iştirakı haqqında Protokol”un təsdiq edilməsi məqsədəuyğun hesab edilir. Qanun dərc edildiyi gündən qüvvəyə minir. Bu qanunun müddəaları Prezident tərəfindən təmin edilir”, - mətndə deyilir.

Beləliklə, qəzetdə dərc edildikdən sonra üzvlük protokolu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilmiş sayılır. Daha öncə protokol parlament tərəfindən də təsdiqlənib.