Ukraynalı qaçqınların sayı 10 milyona çatdı - Digər mənbələr isə bu rəqəmin 2 dəfə artıq olduğunu bildirir

26 yanvar, 2024 13:54

Ukraynadakı müharibə səbəbindən 10 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların əksəriyyəti hələ də evlərinə qayıda bilmir.

​​​​​​​Bu barədə Yaponiyanın NHK agentliyinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib. 

Onun sözlərinə görə, 6,3 milyon insan xaricə gedib, daha 3,7 milyon insan döyüş bölgəsindən ölkənin müxtəlif bölgələrinə təxliyə edilib. Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Agentliyi artıq müharibə nəticəsində dağılmış 27,5 min evin bərpasına yardım edib.