Ceyhun Bayramov Azərbaycanın İİR-dəki səfirliyinin fəaliyyətinin bərpa olunması üçün şərtləri açıqlayıb

27 yanvar, 2024 17:11

Diplomatik missiyaya qarşı terror aktının təhqiqatının başa çatması təmin edilərsə və onun fəaliyyətinin təhlükəsizliyinə zəmanət verilərsə, Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini bərpa edəcək. Bu barədə bu gün jurnalistlərə Azərbaycan XİN başçısı Ceyhun Bayramov bildirib.

Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə xidmətinin əməkdaşı Orxan Əsgərovun diplomatik missiyaya silahlı hücum nəticəsində həlak olmasının ildönümü münasibətilə bu gün nazir onun qəbrini ziyarət edib. 

Bayramov qeyd edib ki, səfirliyin işinin bərpa olunması üçün iki şərtə riayət olunmalıdır.

"Birinci məqam terror aktı faktı ilə bağlı təhqiqatın başa çatması və hökm çıxarılmasıdır. İkincisi - səfirliyimizin təhlükəsizliyinə tam zəmanət verilməlidir və biz bundan əmin olmalıyıq", deyə nazir vurğulayıb.

27 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum törədilib. Hadisə zamanı mühafizə xidmətinin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb.

Yaralılardan biri hücum edən şəxsi səfirlik binasından çıxarmağa müvəffəq olub. O, binadan kənarda da bir müddət diplomatik missiyanı təhdid etməkdə davam edib. Bütün bunlar baş verərkən İranın güc qurumları tamamilə hərəkətsiz qalıb. İran hakimiyyəti cinayətin səbəblərini "şəxsi motivlər" kimi qələmə verməyə çalışıb, Azərbaycanda hücum terror aktı kimi qiymətləndirilib.

Diplomatların, digər işçilərin və onların ailə üzvlərinin həyat təhlükəsizliyi olmadığına görə Azərbaycan onları təxliyə edib və səfirliyin fəaliyyətini dayandırıb.

Bir müddət əvvəl Azərbaycan XİN bu gün İranda səfirliyə hücum haqqında iş üzrə məhkəmənin birinci iclasının başladığı haqqında məlumat yayıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"