Vəkillərə "300 manatdan az olmaz" tapşırığı verilibmi?

30 yanvar, 2024 15:55

Azərbaycanda vəkil bürolarında çalışan bəzi vəkillər onlara müştərilərlə 300 manatdan az məbləğdə müqavilə bağlamamaqla bağlı qeyri-rəsmi tapşırıq verildiyini iddia edirlər.

Adlarının çəkilməsini istəməyən həmin vəkillər açıq ünvan göstərmirlər, vurğulayırlar ki, belə bir qərar onlara zəng vasitəsilə çatdırılıb. Həmin vəkillər xatırladırlar ki, ölkədə minimum əməkhaqqı 340 manatdır.

Vəkil Fariz Namazlı "Turan"a bildirib ki, sözügedən məsələnin heç bir hüquqi əsası yoxdur: "Müqavilə azadlığı var, tərəflər qanun çərçivəsində istənilən şərtlərlə müqavilə bağlaya və bunun qiymətini özləri fərdi şəkildə müəyyənləşdirə bilərlər. Müqavilənin qiymətini hər hansı qurum müəyyənləşdirə bilməz".

Vəkil qeyd edib ki, bununla bağlı onlara yazılı heç bir göstəriş daxil olmayıb.

F.Namazlının sözlərinə görə də, bu məsələdə söhbət vəkil bürosuna təhkim olunmuş vəkillərdən gedir, həmin vəkillər tək özləri müştəri ilə müqavilə imzalayıb order götürə bilməzlər: "Amma fərdi vəkillər ikitərəfli müqavilə bağlayırlar".

Hələlik, bu şikayətlərlə bağlı vəkil büroları və Vəkillər Kollegiyası ilə danışmaq mümkün olmayıb.

Amma Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlunun "Turan"a deməsinə görə, rəsmi belə bir qərar yoxdursa, araşdırmaq lazımdır ki, həqiqətən belə tələb qoyulubmu: "Hər hansı bir şəxs vətəndaşa göstərəcəyi hüquqi xidmət müqabilində istəyəcəyi məbləği əsaslandırmaq üçün bu cür fikir söyləyə bilər. Mən belə bir tələbin qoyulduğunu düşünmürəm. Heç bir əsası olmadan bunun müzakirəsini aparmaq nə etik baxımından, nə peşəkarlıq baxımından doğru olar".

"Müdafiəçi" Hüquq Mərkəzinin rəhbəri Səməd Rəhimli isə AzadlıqRadiosuna bildirib ki, deyilənləri o da eşidib. Amma hüquqşünas hesab edir ki, belə tapşırıq varsa, doğru deyil: "Azərbaycanda insanların vəziyyəti ortadadır. Ona görə də müqavilələrin qiymətinin qaldırılması yanlışdır, insanların vəziyyətini nəzərə almayıblar".

Onun sözlərinə görə, 2018-ci ildə qanunvericiliyə dəyişiklikdən sonra aztəminatlı ailələrin hüquqi yardıma çıxışında problemlər yaranıb: "Əvvəllər 11 manat etibarnaməyə verib 300-400 manata hansısa işini bağlaya bilən adamlar var idisə, indi həmin işləri bağlamaq üçün onlar təxminən 1000 manat verməlidirlər".

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI