ABŞ-ın yeni tələsi...

31 yanvar, 2024 12:31

ABŞ-ın Montrö Boğazları Konvensiyası vasitəsilə yeni böhran yaratmağa çalışması gündəmə gətirilib.

ABŞ Müdafiə Nazirinin Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə müşaviri Seleste Uollanderin Montrödə 19-cu maddənin tətbiqinin dəyişdirilməsi ilə bağlı son tələbi yeni müzakirələrə səbəb olub.

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Montrö Konvensiyasının müddəalarını ciddi şəkildə yerinə yetirdiyini ifadə edib:

“ABŞ müqaviləni dəyişməyə müvəffəq olmayacaq”.

Altınbaş Universitetinin rektoru, Beynəlxalq Əlaqələr Mütəxəssisi Prof. Dr. Çağrı Erhan Qara dənizə sahili olmayan ölkələrin böyük döyüş gəmilərini və təyyarə gəmilərini oraya buraxa bilməyəcəklərini ifadə edib:

"Müharibə vəziyyətində olan dövlətlərin döyüş gəmiləri Boğazlardan keçə bilməz. Ancaq müharibədə iştirak etməyən Qara dənizə həmsərhəd ölkələr sülh dövründə olduğu kimi öz gəmilərini keçirə bilər”.

Erhan Qara dənizə sahili olmayan ölkələrin hərbi gəmilərini boğazlardan keçirmək üçün Türkiyəyə müraciət etməli və 15 gün əvvəldən icazə almalı olduğunu vurğulayıb.

Qara dənizə sahili olan ölkələr 7 gün öncədən keçid icazəsi almalıdırlar. ABŞ, İngiltərə, Fransa kimi ölkələrin boğazlardan keçə bilən döyüş gəmiləri 8 min tondan ağır ola bilməz. Montröyə görə, Boğazlardan keçən döyüş gəmiləri 21 gün sonra Qara dənizi tərk edir.

Konvensiyaya görə, qaçılmaz müharibə təhlükəsi halında Boğazlara nəzarət etmək səlahiyyəti tamamilə Türkiyəyə məxsusdur.

Beynəlxalq Əlaqələr üzrə Ekspert Prof. Dr. Həsən Köni bildirib ki, Türkiyə Montrö Konvensiyasının qüvvədə qalması üçün sona qədər müqavimət göstərəcək:

"ABŞ strategiyası üçün Rusiyanı qarşıya almağın nəticəsi çox ağır ola bilər. Türkiyə rinqdəki ölkə mövqeyinə sürüklənəcək. Bu, Qafqazda və Yaxın Şərqdə yeni qaynar münaqişə deməkdir. Montrö Türkiyənin təhlükəsizliyinin şah damarıdır".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"