Şahramanyan məhkəməyə verildi

31 yanvar, 2024 12:33

Keçmiş separatçı rejimin başçısı Samvel Şahramanyana qarşı inzibati iddia qaldırılıb.

İddiaçı İqor Mirzəxanyan Şahramanyandan “19.10.2023-cü il tarixli fərman”ının etibarsız sayılmasını tələb edir.

Separatçı rejimin buraxılması haqqında “fərman” 2023-cü il sentyabrın 28-də imzalanıb.

İqor Mirzəxanyanın nümayəndəsi “Hraparak”a hansı “fərman”dan söhbət getdiyini açıqlamayıb, qeyd edib ki, Mirzəxanyan indiki mərhələdə onun ictimailəşdirilməsinin əleyhinədir.

Mirzəxanyana gəlincə, o, Ermənistan Baş Naziri Aparatının Beynəlxalq Hüquq Məsələləri İdarəsinin keçmiş əməkdaşıdır.