"Netanyahu Qasım Süleymani əməliyyatının bir parçası olub" - Tramp

05 fevral, 2024 11:53

İsrail Baş naziri Benyamin Netanyahu İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürüldüyü əməliyyat planının bir hissəsi olub.

Bunu ABŞ-nin keçmiş Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

"Biz Süleymanini vuranda İsrail də bizimlə birgə əməliyyatda iştirak etməli idi. Ancaq hücumdan iki gün əvvəl "Biz bunu edə bilmərik" dedilər. Sonra öz generalımıza üz tutdum:Biz bunu edə bilərikmi?- deyə soruşdum. "Bəli" cavabını aldım".

Qeyd edək ki, Süleymani 3 yanvar 2020-ci ildə İraqın paytaxtı Bağdad yaxınlığında ABŞ-nin pilotsuz uçan aparatının hücumu nəticəsində həlak olub.