"ABŞ Yaxın Şərqə xaos və dağıntı toxumu səpir" - Vasili Nebenzya

06 fevral, 2024 11:26

ABŞ və müttəfiqləri Livan, Qırmızı dəniz və Yəmənə zorakılıq yayır və Yaxın Şərqdə sülhü bərpa etmək üçün beynəlxalq səylərin qarşısını alır.

Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib.

Rus səfir bildirib ki, ABŞ-ın bu hücumları güc nümayiş etdirmək və seçkiqabağı kampaniyada ABŞ hökumətinin imicini yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilib.

Həmçinin o, ABŞ-ı beynəlxalq hüququ pozmaqda və Yaxın Şərqə xaos və dağıntı toxumu səpməkdə ittiham edib.