"Bunu etməyə hazır idik, İrəvan son anda..." - KTMT baş katibi

21 fevral, 2024 14:38

KTMT Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət etmək üçün sülhməramlı missiya göndərməyə hazır idi, amma İrəvan son anda qərarını dəyişdi.

Bunu KTMT-nin baş katibi İmanqalı Tasmaqambetov deyib.

“Təşkilat Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət etmək üçün sülhməramlı missiya göndərməyə hazır idi, amma bu işin son hissəsində İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanması ilə əlaqədar olaraq müvafiq sənədin gündəlikdən çıxarılmasını istədi”, - baş katib bildirib.