Dünən düşmənin bu texnikaları məhv edilib - SİYAHI

02 noyabr, 2020 09:50

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Azsiyasət.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.