Bu üç dövlət müharibənin yenidən başlamasını istəyir

06 mart, 2024 16:05

Ötən gün Ermənistan azaraq sərhədi keçən əsgərimiz Ruslan Pənahovu Azərbaycana qaytarıb. Rəsmi İrəvanın əsgərimizdən Bakıda həbsdə olan ermənilərin geri verilməsi üçün istifadə edəcəyi və onun bir neçə maddə üzrə ittiham ediləcəyi haqda xəbərlər var idi. Lakin Ermənistan tərəfi cinayət işi açmaqdan imtina etdi və əsgərimizin təhvil verilməsini “xoşməramlı jest” adlandırdı. 

Bəs görəsən Ermənistan tərəfinin bu addımı tam olaraq nədən xəbər verir?

Mövzu ilə bağlı yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, İrəvanın bu addımı sülh danışıqları baxımından olduqca təqdirəlayiqdir:

“Rəsmi İrəvanın bu addımını olduqca müsbət qiymətləndirirəm. Əsgərimizin Azərbaycana təhvil verilməsi sülhün təmin olunmasında olduqca təqdirəlayiq addımdır. Bu onu göstərir ki, Ermənistan həqiqətən Azərbaycanla sülhün bərpa olunmasında maraqlıdır. Buna bənzər bir addım bizim tərəfdən də atılmışdı. Azərbaycan tərəfi bəyan etmişdi ki, əgər qarşı tərəfdən atəş açılsa və nəticədə heç bir insana ziyan dəyməsə onda cavab atəşi açılmayacaq. Həyatda hər şey ola bilər, hansısa əsgərin təsadüfən güllə atmasına sərt cavab vermək lazım deyil. Həm Azərbaycan, həm də Ermənistan artıq şüurlu şəkildə ədavət həddini yüksəltmir. Bu yaxşı əlamətdir və belə davam edərsə, sülh müqaviləsi ilə bağlı nələrəsə ümid etmək olar”. 

Politoloq bildirib ki, Ermənistanın daxilində və xaricdə bəzi qüvvələr var ki, onlar Azərbaycanla sülhün bərpa olunmasında maraqlı deyillər:

“İlk növbədə Ermənistanda bəzi qüvvələr və ictimai qruplar var ki, onlar Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. İndiyə qədər iki ölkə arasında davam edən ədavətdən istifadə edən bu qüvvələr hakimiyyətdə olublar və yaxşı pullar qazanıblar. Digər tərəfdən, bəzi xarici qüvvələr var ki, onlara şərti olaraq vasitəçi olmasalar da, faktiki olaraq sülhün bərpa olunmasında maraqlı deyillər. Bunlar başlıca olaraq Rusiya, Fransa və ABŞ-dır. Bu qüvvələr istəyir ki, iki ölkə bir-biri ilə dalaşsın, vuruşsun və onlar da təpiklə qapılarımızı açıb desinlər ki, biz sizin müharibə etmənizə icazə vermərik. Bunun hesabına bu cür qüvvələr öz diktələrini hər iki ölkəyə rahatlıqla yeridə biləcək. Kənar qüvvələr belə çirkin oyunlarla münaqişənin tamamilə bitməsini istəmir”. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"