"İndi Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq" - İlham Əliyev

14 mart, 2024 11:47

“İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq”.

Bu sözləri Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib.

Dövlət başçısı qeyd edib: “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.