Avropa İttifaqı Şurası Azərbaycanla Ermənistanın münasibətlərini müzakirə edəcək

18 mart, 2024 11:56

Avropa İttifaqı Şurası bu gün keçiriləcək iclasında Ermənistan və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək məsələsini müzakirə edəcək.

Bu barədə TASS-a adı açıqlanmayan yüksək vəzifəli nümayəndə məlumat verib.

Onun sözlərinə görə, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasının gündəliyinə digər məsələlərlə yanaşı, Aİ-nin Ermənistana dəstəyi və İrəvanla Bakı arasında nizamlanma məsələsi də daxildir.

Detallar açıqlanmayıb.