Lavrov Qərbi MDB-ni ələ keçirmək cəhdində ittiham edib

13 aprel, 2024 12:08

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ştatları və Qərb ölkələrini Cənubi Qafqazda vəziyyətin stabilləşməsinə yönəlik razılaşmaları “sarsıtmaq cəhdində” ittiham edib.

O bu bəyanatı MDB ölkələri xarici işlər nazirlərinin aprelin 12-də Minskdə keçirilən iclasında verib.

Yığıncaqdan sonra keçirilən mətbuat konfransında Lavrovun etdiyi iddiaya görə MDB iştirakçıları arasında belə bir ümumi qənaət var ki, “Birləşmiş Ştatlar və onun satellitləri MDB-nin ümumi ərazisinin bütün regionlarına müdaxilə etməyə çalışırlar”:

“Onlar Qafqazlarda, xüsusilə də Cənubi Qafqazda vəziyyətin stabilləşdirilməsinə dair razılaşmanı sarsıtmaq istəyirlər. Onlar Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrasına imkan vermək istəmirlər. Onlar habelə aktiv şəkildə Mərkəzi Asiyaya sirayət etməyə çalışırlar. Onlar açıq şəkildə Rusiya Federasiyasının əleyhinə olan müxtəlif formatlar yaradırlar”.

Buna baxmayaraq Lavrov bir daha iddia edib ki, Rusiyanın partnyorları MDB çərçivəsində əməkdaşlıq prinsiplərinə sadiq qalırlar:

“Bizim strateji partnyorlarımız nəhəng təzyiq altında olsalar da, MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatının əsaslandıqları təməl prinsiplərə sadiq qalırlar”.

Lavrov əminliyini bildirib ki, Qərbin siyasətləri strateji baxımdan iflasa məhkumdur.

Azadlıq Radiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB-nin Minsk görüşünə getməyib. Tədbirdə Ermənistanı onun müavini Mnatsakan Safaryan təmsil edir.

Mirzoyanın MDB nazirlərinin Minsk görüşünə getməmək qərarı baş nazir Nikol Paşinyanın aprelin 5-də Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə üçtərəfli görüşündən az sonraya təsadüf edir.

Üçtərəfli danışıqlarda Ermənistanın bir dövlət kimi dayanıqlığının artırılması və onun iqtisadiyyatının şaxələndirilməsi kimi məsələlər müzakirə olunub.

Rusiya Brüssel görüşünü sərt tənqid edib və bildirib ki, Qərb bu hərəkətləri ilə Moskvanı Cənubi Qafqaz regionundan uzaqlaşdırmağa çalışır. Artıq bir xeyli müddətdir ki, Paşinyan və başqa vəzifəli Ermənistan rəsmiləri Moskvanın rəhbərlik etdiyi qurumların tədbirlərinə qatılmırlar.

Azərbaycan və Ermənistan arasında II Qarabağ Müharibəsindən sonra Yerevanın Moskva və onun başçılıq etdiyi təşkilatlarla münasibətləri gərginləşib.

Yerevan Moskvanı həm dövlətlərarası müqavilə, həm də KTMT müstəvisində Ermənistanın qarşısındakı öhdəliklərini yerinə yetirməməkdə ittiham edir.

Bu gərginlik xüsusilə də 2022-ci ilin sentyabrından sonra artıb. Həmin vaxt Ermənistan Rusiyanı yenidən öhdəliklərinə əməl etməməkdə günahlandırırdı.

Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistanın yüksək vəzifəli rəsmiləri KTMT və MDB-nin bir çox tədbirlərində iştirakdan boyun qaçırırlar. Bunun əvəzində onlar Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə daha sıx münasibətlərə can atdıqlarını bəyan ediblər.

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb?