Rusiya sülhməramlıları Qarabağdan çıxır?

17 aprel, 2024 12:53

Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ iqtisadi rayonundan çıxarılması mərhələli şəkildə həyata keçirilir.

Bu barədə Ermənistanın News.am saytı diplomatik mənbələrə istinadla məlumat əldə etdiyini yazır.

“Qoşunların çıxarılması eşelonla, Dağıstan vasitəsilə həyata keçirilir”, - diplomatik mənbə portala deyib.

Mənbə qeyd edir ki, son geri çəkilmə tarixi hələ açıqlanmayıb. Azərbaycan KİV-nin məlumatına görə, sülhməramlılar artıq Kəlbəcərdəki Xudavəng monastır kompleksini də tərk ediblər.

Dünəndən etibarən mediada sülhməramlıların Azərbaycan ərazisini tərk etməsinin görüntüləri yayılmağa başlayıb.