Ermənistan iflas edir: borc 8 milyardı ötdü
26 oktyabr, 2020 16:53
Ermənistanın ümumdaxili məhsulu cari ildə 6,8% azalacaq.
Bunu parlamentdə çıxışı zamanı Ermənistan Maliyyə naziri Atom Cancuqazyan deyib. O, cari ildə Ermənistanın dövlət borcunun ÜDM-yə nisbətinin 65% olacağını (təxminən 8,3 milyard dollar – red.) bildirib.
Nazir ölkə iqtisadiyyatına koronovirusun böyük ziyan vurduğunu və indi buna savaşın da əlavə edildiyini söyləyib.