ABŞ səfiri Rusiyanı tərk etdi

07 may, 2024 13:09

ABŞ səfiri Linn Treysi müəyyən müddətə Rusiyanı tərk edib. 

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. 

O, Vladimir Putinin inaqurasiya mərasiminə qeyri-dost ölkələrin nümayəndələrinin dəvət olunmasını Moskvanın protokola riayət etməsinin “müəyyən siqnalı” adlandırıb. 

Qeyd edək ki, dünən Fransa səfiri Pyer Levinin Putinin andiçmə mərasiminə qatılacağı haqqında məlumat yayılıb.