Ermənistan iflas edir: borc 8 milyardı ötdü

02 noyabr, 2020 17:12

Ermənistanın ümumdaxili məhsulu cari ildə 6,8% azalacaq.

Azsiyasət.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Ermənistan Maliyyə naziri Atom Cancuqazyan deyib. O, cari ildə Ermənistanın dövlət borcunun ÜDM-yə nisbətinin 65% olacağını (təxminən 8,3 milyard dollar – red.) bildirib.

Nazir ölkə iqtisadiyyatına koronovirusun böyük ziyan vurduğunu və indi buna savaşın da əlavə edildiyini söyləyib.