İrəvanda yeni aksiyalar başladı...

27 may, 2024 10:51

Müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Ermənistanın müxtəlif yerlərində səhər tezdən vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

Bu barədə müxalif mövqeli “Srbazan paykar” (“Müqəddəs mübarizə”) “Telegram”kanalı məlumat yayıb.

Bildirilir ki, aksiya iştirakçıları Əştərək şəhəri ərazisində İrana gedən dövlətlərarası avtomobil yolunu bağlayıblar.
Qeyd olunur ki, paytaxt İrəvanda da bağlı küçələr var. Müxalifət Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
TASS yazır ki, polis İrəvanın mərkəzində Abovyan küçəsini bağlamağa cəhd edən onlarla vətəndaşı saxlayıb.