Qarabağda “müdafiə nazirinin müavini” məhv edildi
26 oktyabr, 2020 17:25
Qarabağda daha bir erməni general-mayor məhv edilib.
Azsiyasət.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, separatçı rejimin “müdafiə nazirinin müavini” postunu icra edən Artur Sarkisyanın ölümü rəsmən təsdiqlənib.
Onun adı bu gün ölən 11 hərbçinin yer aldığı siyahıda qeyd olunub. 1975-ci il təvəllüdlü Sarkisyan qondarma rejimin hərbi simalarından biri idi.