Gürcüstanda kəskin dəyişiklik - Rəsmiləşdi, sabahdan başlayır

03 iyun, 2024 15:03

Gürcüstan Prezidenti Salome Zurabişvili veto qoyduqdan sonra parlamentin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini imzalayıb.

Qanun iyunun 4-dən qüvvəyə minəcək.

“Bu gün “Xarici təsirin şəffaflığı” aktını imzaladım. Qanunun əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin xarici müdaxilələrə qarşı sabitliyini gücləndirməkdir”, - spiker bildirib.

Onun sözlərinə görə, iyunun 4-dən etibarən 60 gün müddətində Ədliyyə Nazirliyi bütün qanunvericilik aktlarının icrasını həyata keçirəcək, həmçinin təşkilatlar üçün elektron portal yaradacaq: “60 gündən sonra ciddi xarici maliyyəsi olan bütün təşkilatlar portalda qeydiyyatdan keçməlidir. Qanun sabah qüvvəyə minir, amma sabahdan başlayaraq qeydiyyatdan keçmələri üçün 60 günü var”.

Prezident mayın 18-də 84 deputatın üçüncü oxunuşda qəbul etdiyi qanun layihəsinə veto qoyub. Qərbdə parlamentarilərin bu addımı sərt tənqidə səbəb olub. Hətta Almaniya səfiri Peter Fişer bəyan edib ki, bu qanun qüvvədə olduğu müddətdə Gürcüstanla Avropa Birliyi arasında üzvlüklə bağlı danışıqlar başlamayacaq.

ABŞ Dövlət Departamenti mayın 24-də Vaşinqtonun Tiflislə əməkdaşlığın bütün sahələrini nəzərdən keçirəcəyi barədə məlumat yayıb. Bəyanatda qanunun qəbulunda iştirak etmiş keçmiş və indiki siyasətçilər (həmçinin onların ailə üzvləri) üçün viza məhdudiyyətinin tətbiqi də qeyd olunub. Sanksiyalar həmçinin Tiflisdə dinc nümayişlərin dağıdılmasında iştirak edən orqanlarına da şamil ediləcək.

Hakim “Gürcü Arzusu” Partiyası ABŞ-nin qərarını “qeyri-məhsuldar və görünməmiş” adlandırıb.

Baş verənlərin fonunda Rusiyadan Gürcüstan hakimiyyətinin ardıcıl mövqeyi ilə bağlı dəstək sözləri eşidilir, Qərbin bu ölkəyə qarşı ikili standartları vurğulanır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"