Avropa təhqiredici hərəkət etdi

07 iyun, 2024 13:05

Avropa İttifaqının Rusiya mediasına girişi məhdudlaşdırmaq qərarı əsassız və təhqiramizdir.

Bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

“Avropa İttifaqı, mənim fikrimcə, tamamilə əsassız və təhqiredici qərar verdi ki, Aİ-yə üzv olan ölkələr Rusiya mediasından mesaj ala və yayımlaya bilməyəcək”, - o qeyd edib.

Macarıstan liderinin sözlərinə görə, Aİ vətəndaşları “həqiqətin harada olduğu” barədə öz qərarlarını vermək üçün Rusiya və Ukrayna mediasının verdiyi məlumatları müqayisə etmək imkanından məhrumdurlar.