“Alovlu kortej” və ya uğursuz görüş: Araik sağdırmı?

02 noyabr, 2020 21:31

Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələri tərəfindən separatçı rejimin başçısı Araik Arutunyanın öldürülməsinə dair KİV-də yayılan məlumatlardan sonra Ermənistan tərəfi bütün mümkün yollarla bu xəbərləri isterik formada təkzib etməyə başladı.

Azsiyasət.com report.az-a istinadən xəbər verir ki, hətta onların hərbi maşın karvanının bizim dronlar tərəfindən endirilən zərbələr nəticəsində külə dönməsini əks edən görüntülər də qarşı tərəfi inandıra bilmədi. Sosial şəbəkələrdə də məhz bu kadrların separatçıların başçısının məhv edildiyi əməliyyatla bağlı olduğu qızğın müzakirə edildi.

Lakin sözügedən faktı inkar etmək cəhdləri inandırıcı olmadı. Belə ki, əvvəlcə məlumatı inkar etmək üçün David Qəhrəmanyan (David Ghahramanyan) adlı fotoqrafın Arutunyanla çəkdirdiyi foto şəkil sosial şəbəkələrdə məqsədli şəkildə yayıldı.

Ardından bu gün onun birinci Qarabağ müharibəsində komandir olmuş Vladimir Balayan və Şahen Meğryanın könüllü dəstələriylə guya bu gün bir neçə saat əvvəl çəkilmiş videosu paylaşıldı.

Bu məqamda sosial şəbəkə istifadəçiləri kardların köhnə və saxta olduğunu ifşa etdi. Belə ki, foto feysbuka ötən gecə saat 02:29-da yerləşdirilib, müvafiq olaraq, bu gün çəkilə bilməzdi.

Videokadrlardan və feysbukda yerləşdirilmiş fotodan açıq-aydın görünür ki, onlar təxminən eyni vaxtda və eyni yerdə çəkilib.

Beləcə hər şey xronoloji ardıcıllığa uyğun gəlir. Kortej videoda əks olunan görüşdən qayıdarkən atəşə tutulub.

Sosial şəbəkələrin erməni istifadəçiləri həmçinin bunun separatçıların “müdafiə naziri” Cəlal Arutunyanın məhv edilməsi ilə bağlı əhvalatla oxşarlığını müzakirə edir. Onun da ölməsini inadla inkar edirdilər, yüngül xəsarət aldığını iddia edirdilər, amma nədənsə “vəzifə”sindən çıxarmışdılar. Bundan sonra C.Arutunyandan səs-səmir çıxmayıb. Beləliklə, ermənilər həqiqəti gizlətmək üçün nə qədər çox əlləşirlərsə, özlərini də bir o qədər pis vəziyyətə qoyurlar. Həqiqətən bu iki Arutunyanın taleyi belə bənzərdir?

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"