"WikiLeaks" fəaliyyətini davam etdirəcək - Assanjın vəkili açıqladı

26 iyun, 2024 10:25

Culian Assanj işi rəsmən başa çatıb.

Xarici media xəbər verir ki, avstraliyalı jurnalist cinayət ittihamını boynuna alıb və məhkəmə zalından azad edilib.

Dinləmələr Assanj və ABŞ Ədliyyə Nazirliyi arasında əldə olunan razılaşmanın bir hissəsi olaraq Şimali Mariana adalarında keçirilib.

Assanjın vəkili Barri Pollakın sözlərinə görə, “WikiLeaks” fəaliyyətini davam etdirəcək, lakin jurnalistin Amerika hakimiyyətinin xüsusi icazəsi olmadan ABŞ-a gəlməsi qadağan edilib(musavat.com).

Digər xəbərlər