ABŞ mətbuatından Bayden-Tramp debatına reaksiyalar

28 iyun, 2024 12:32

"Gecəniz xeyrə və əlvida, Co!".

ABŞ mediasında prezidentliyə namizədlər Donald Tramp və Co Bayden arasındakı debata yuxarıdakı kimi və fərqli formalarda müxtəlif reaksiyalar olub.

ABŞ-ın hazırkı və keçmiş prezidentləri Co Bayden və Donald Tramp CNN telekanalında televiziya debatında çəkişiblər. Debat 90 dəqiqə davam edib.

CNN-in siyasi şərhçisi Con Kinq debat zamanı Demokratlar Partiyasının yüksək səviyyəli nümayəndələrinə zəng edib, onlar bildiriblər ki, Baydenin cavabları partiyanı qane etməyib:

“Partiyada dərin panika var. Onlar Baydendən seçkidən çəkilməsini istəməli olub-olmaması ilə maraqlanırlar. Daim qışqırırlar: "Aman Allahım, biz nə edək?".

"Wall Street Journal": “İlk prezidentlik debatında Bayden demokratların nədən qorxduğunu nümayiş etdirdi. Enerji və mübarizə qabiliyyətinin olmaması. Tramp isə əksinə, 90 dəqiqəlik təhqirlər və siyasi antaqonizm nümayişində öz soyuqqanlılığını qoruyub saxlaya bildi”.

"New York Times": “Trampın aldadıcı hücumları qarşısında Bayden sarsıntılı və arxayın görünmürdü. Baydenin çıxışı qeyri-müəyyən və tutarsız idi. Bayden cavablarında çaşqın görünürdü”.

"New York Post": “Gecəniz xeyrə və əlvida, Co! Bu, Bayden üçün fəlakət idi. Milyonlarla insan onun prezidentliyinin sonunu indicə televiziyada canlı izləmişdi”.

"USA Today": “Demokratlar Co Baydenin debatdakı uğursuzluğundan şoka düşüblər. Bəziləri deyir ki, o, başqa bir demokratın namizədliyini irəli sürmək üçün namizədliyini geri götürməlidir”.

"Washington Post": “Bayden mart ayında yüksək ruhlu bir çıxış etdi. Amma rəqiblə debat ssenarili çıxışdan çox fərqlidir. Debat zamanı Bayden Trampı ağlayan, uduzan uşaq adlandırıb. Lakin bu bəyanatlar Baydenin ümumi performansı kimi düzgün təəssürat yaratmadı”.

Qeyd edək ki, seçkilər noyabrda baş tutacaq.

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb?