“Bu sistem raketi havada tutub zərərsizləşdirir: Super qəhrəmanlar kimi…” - İsrail diplomatı

03 noyabr, 2020 11:06

Azsiyasət.com İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenkin AzadlıqRadiosuna verdiyi müsahibəni təqdim edir:

- İsrailin mülkiləri raket hücumundan müdafiəsi barədə hansı təcrübəsi Azərbaycan üçün faydalı ola bilər?

- Çox şükür ki, bu günlər İsraildə sakitlikdir, amma ölkəmiz uzun illər ərzində müxtəlif vaxtlarda Qəzzadan, Livandan, hətta uzun müddət əvvəl İraq ərazisindən Hizbullahın, Həmasın, Səddam Hüseynin müxtəlif növ raket atışına məruz qalıb. Onlar birbaşa İsrail xalqını, mülkiləri hədəfə almışdılar. 

Öz vətəndaşlarını qorumaq üçün İsrail hökuməti müxtəlif addımlar atıb. Bunlardan biri də binaların xüsusi təhlükəsiz ərazilərlə tikilməsidir. Başqa bir vasitə raketdən müdafiə sistemidir. Bu sistemlər raketi havada tutub zərərsizləşdirir - sanki filmlərdəki super qəhrəmanlar kimi- kompüterdən, texnologiyadan istifadə edərək minlərlə həyatlar xilas olunur. 

“Iron Dome”- “Dəmir Günbəz”adlanan bu sistem dünyada çox nadirdir. Bildiyim qədər İsraildən bu sistemi almış yeganə dövlət Azərbaycandır. Azərbaycan bəzi əraziləri bu sistemlə müdafiə edir. Bu günlərdə tvitterdə yazmışdım ki, Bərdədə və Gəncədə baş verənlərdən sonra ümid edirəm ki, Azərbaycan da İsrail kimi belə müdafiə sistemindən istifadə edəcək.

- Bərdəyə atılan raketlərin Smerç raketlər olduğu bildirilir. Sizcə, “Dəmir Günbəz” bu halda nə qədər kömək edə bilərdi?

- Mən təhlükəsizlik və müdafiə eksperti deyiləm, amma bilirəm ki, bu sistem bir çox növ raketləri tutub saxlaya bilir. Iron Dome əlbəttə ki, yüz faiz qarantiya vermir, amma çox effektivdir. Azərbaycanın dostu olaraq, bu ölkədə çoxlu dostları olan biri olaraq, Bakıda dörd il keçirmiş biri olaraq, arzu edərdim ki, insanlar təhlükəsiz vəziyyətdə yaşaya bilsinlər. Mən bu xəbərləri eşidəndə çox kədərlənirəm. İsraildə bu sistemlər müxtəlif batalyonlarla ölkənin müxtəlif regionlarında yerləşdirilib. Amma Azərbaycanın öz qonşusu ilə sərhədi çox uzundur. Bərdədə, Gəncədə baş verənlərdən sonra gördük ki, Azərbaycan üçün mülkiləri qorumaq çox çətindir. Mən əlbəttə istəyərdim ki, müharibə dayansın və danışıqlar ən qısa zamanda bərpa olunsun.

- Mülkiləri qorumaq üçün İsrail hökuməti başqa hansı tədbirlər görür?

- İsrailin müəyyən ərazilərində şəhəri planlaşdırarkən, Müdafiə Nazirliyi də daxil olmaqla, hökumət üzvləri müəyyən infrastruktur yaradıblar ki, vətəndaşların təhlükəsizliyini təmin etsinlər. Biz 1-2-ci sinif şagirdlərinə öyrədirik ki, həyacan siqnalı eşidəndə nə etmək lazımdır. Onların təhlükəsiz otağa qaçmaq üçün cəmi 10-15 saniyəsi olur. Uşaqlara bunu öyrətmək məcburiyyətində olmaq nə qədər pis haldır, elə deyilmi?! Yaxın Şərqdə həyat reallığı budur. Əgər istəyiriksə ki, insanlar yalnız paytaxt Tel-Əvivdə yox, ölkənin şimalında və cənubunda da yaşasınlar, hökumətimizin ilk işi belə infrastruktur yaratmaqdır ki, bizim təhlükəsizliyimizi təmin etsin. İsraildə hökumətin vətəndaşlar qarşısında bu öhdəliyi ilə bağlı fərqindəlik yüksəkdir- xalq hədəfə çevrilibsə, gərək hökumət insanlarımızı qorusun.

 Son 20-25 ildə bütün yaşayış evlərinin tikinti layihələrinə başlamaq məqsədilə hökumətdən icazə almaq üçün şirkətlər həm də gərək binada təhlükəsizlik ərazisinin və ya bunkerin olması ilə bağlı sənəd təqdim etsinlər. Mən İsrailin mərkəzində 11-ci mərtəbədə yaşayıram. Hətta bizim mənzilimizdə də polad qapılı təhlükəsiz otaq və ərazi var. Əgər bizim şəhərə hücum olarsa, qorunacağımız yer var.

Hücumların baş verdiyi dönəmlərdə telekanallarda mülki müdafiə ilə sosial çarxlar yayımlanırdı. Əminəm ki, koronavirusdan qorunmaq barədə Azərbaycanda belə videolar yayımlanır. Təəssüf ki, həm İsraildə, həm Azərbaycanda bunu raketlərlə də bağlı etmək lazımdır.

 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI