Fransa Ermənistan AES-i də ələ keçirməyə çalışır
25 iyul, 2024 13:39
İrəvan Metsamor AES-in modernləşdirilməsini Fransanın “Framatome” şirkətinə verməyə hazırlaşır. “Rosatom” bu layihədən kənarlaşdırılır.
Bu barədə “Enabludatel” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin başçılıq etdiyi fransalı nüvə alimlərindən ibarət nümayəndə heyəti Təhlükəsizlik Şurasının iclasında iştirak edib və Metsamor AES-də olublar.